Şarmazanov: Ötən yeddi ayda Paşinyan ölkəni utancverici anti-demokratik üsullarla idarə edib
Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov parlament seçkilərinin nəticələrini şərh edib və siyasi qüvvənin gələcək planlarından danışıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Şarmazanov Respublika Partiyasının erkən seçkilərdə məğlubiyyətindən deyil, yeni parlamentdə əsl müxalifətin olmamasından narahatlıq keçirdiyini deyib.
Onun sözlərinə görə, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları özlərinə müxalifət demələrinə baxmayaraq, Paşinyanı alqışlayanlar müxalifət ola bilməzlər:
“Onlar debatlar zamanı Paşinyanın əleyhinə tək bir kəlmə deməyiblər, müxalifət idilərsə, nəzərə almalı idilər ki, ötən yeddi ay ərzində Paşinyan ölkəni utancverici anti-demokratik üsullarla idarə edib”.
Şarmazanov seçki prosesini "utancverici" hesab edir, çünki onun fikrincə, seçki kampaniyasının ilk günündən etibarən, hakimiyyət orqanları inzibati resurslardan istifadə edirdi və Paşinyan cəmiyyət liderlərinə təzyiq göstərib:
"Onun bəyanatları anti-demokratik olub. Mən Levon Ter-Petrosyanın, Robert Koçaryanın və ya Serj Sarkisyanın onun kimi bəyanatlar verdiyini xatırlamıram. Bundan sonra icma liderləri respublikaçılara necə səs verəcəkdilər?
Paşinyanın, hətta ailələrinin üzvlərinin respublikaçılara səs verməyəcəyinə dair açıqlamalarına baxmayaraq, sabiq hakim partiya ən çox səsi İrəvan və Lori regionundan əldə edib, hansı ki, rəsmi məlumatlara görə, üçüncü yerə sahib olub.
Bu, bir mühüm hadisədən xəbər verir: 9 dekabr Respublika Partiyasının məğlubiyyət günü deyil, yenidən diriliş və qələbə günüdür. Partiya seçkilərdə qazandığı 60 min səsə görə məsuliyyət daşıyır və mübarizəni parlamentdən kənar müxalifət olaraq davam etdirmək niyyətindədir.
Möhkəm olun, öz işinizi görün, onu yaxşı edin, əks halsa, biz sizin səhvlərinizi və yanlış siyasətinizi göstərəcəyik”.
P.Sultanova