Ermənistanda dəhşətli yanğın: ölənlər var
Ermənistanın Lori rayonunun Stepanavan şəhərində güclü yanğın baş verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, yanğın üç nəfərin həyatına son qoyub.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, səhər saatlarında Stepanavan şəhərində bir evdə başlayan yanğın nəticəsində 36 yaşlı Vaanuş Hakobyanın və 59 yaşlı Anuş Balasanyan yanaraq ölüb. 26 yaşlı David A. və 12 yaşlı Qriqor Qriqoryan xəstəxanaya yerləşdirilib.
Xəstəxanada, yeniyetmə ölüb.
1news.az
856