Strasburqda atışma: ölən və yaralananlar var – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Strasburqda atışma: ölən və yaralananlar var – VİDEO

09:20 - 12 / 12 / 2018
Strasburqda atışma: ölən və yaralananlar var – VİDEO

Dekabrın 11-i, çərşənbə axşamına keçən gecə Fransanın Strasburq şəhərində baş verən silahlı insident nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu çərşənbə günü Fransanın daxili işlər naziri Kristof Kastaner deyib.

“Saat 19:50-dən naməlum şəxs şəhərin üç nöqtəsində terror aktı törədib, o, 3 nəfəri qətlə yetirib”, - deyə Kastaner Strasburqda keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, daha 12 nəfər yaralanıb.

S.Xankişiyeva

 

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər