Rəsmi Moskva ilk dəfə Ermənistanda keçirilən seçkilərin nəticələri barədə | 1news.az | Xəbərlər
Ermənistan

Rəsmi Moskva ilk dəfə Ermənistanda keçirilən seçkilərin nəticələri barədə

12:54 - 13 / 12 / 2018
Rəsmi Moskva ilk dəfə Ermənistanda keçirilən seçkilərin nəticələri barədə

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Ermənistan keçirilən erkən parlament seçkilərinin nəticələrini şərh edib.

1news.az xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə bi  barədə deyib:

"9 dekabrda bizə dost olan ölkədə erkən seçkilər keçirildi. Rusiyadan olan müşahidəçilər də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının tərkibində və  MDB vasitəsilə seçkiləri izlədilər. Həmçinin, Dövlət Dumasının deputatları, Rusiya Federal Məclisi Federasiya Şurasının üzvləri MDB PA, ATƏT PA xətti ilə monitorinqlər apardılar.

Müşahidəçilərin fikrincə, seçkilər qanunlara uyğun keçirilib. Səsvermənin nəticələrinə təsir göstərə biləcək ciddi pozuntu və pozuntular yox idi.

Dekabrın 16-da Ermənistan MSK-nın səsvermənin nəticələrini rəsmi açıqlayacağı gözlənilir.

Biz tezliklə formalaşacaq Ermənistanın yeni parlamenti və hökuməti ilə əməkdaşlığı daha da möhkəmləndirmək üçün konstruktiv dialoqa hazırıq. O  cümlədən, Avropa İqtisadi Birliyi, KTMT və MDB çərçivəsində”.

P.Sultanova

Paylaş:
753

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər