Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüb | 1news.az | Xəbərlər
Dünya

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüb

09:39 - 18 / 12 / 2018
Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüb

Rusiyada itkin düşmüş 17 yaşlı qız ölü tapılıb.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, polis əməkdaşları İrkutsk vilayətinin Nijneudinsk şəhərində dekabrın 6-da yoxa çıxmış XI sinif şagirdi Günel Rəhim qızı Dadaşovanın meyitini aşkar ediblər.

Bildirilir ki, qızın meyiti Uda çayının kənarında kolluqda tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. G.Dadaşovanı qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə (15 və 17 yaşlarında) saxlanılıb. Onlar qətli tamah məqsədilə törətdiklərini bildiriblər.

Yeniyetmələr G.Dadaşovaya çoxlu sayda bıçaq zərbələri endiriblər.

Faktla bağlı cinayət işi açılıb.

S.Xankişiyeva

 

Paylaş:
704

Son xəbərlər

Bütün xəbərlər