Ermənistan XİN-dən Lavrova cavab | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan XİN-dən Lavrova cavab

09:58 - 18 / 12 / 2018
Ermənistan XİN-dən Lavrova cavab

Kontekstdən söhbətin bioloji laboratoriyalardan getdiyini başa düşürük.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun  açıqlamasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Lavrov dünən bəyan edib ki, Moskva və İrəvan Ermənistanda xarici hərbiçilərin olmamasını təmin edən sənəd üzərində işi yekunlaşdırır.

Naqdalyan bildirib ki, sanitar-epidemioloji müşahidə sahəsində əməkdaşlıq ikitərəfli gündəliyimizin bir hissəsni təşkil edir:

“Ermənistan bakterioloji sahədə elmi tədqiqatların səmərəli istifadəsi məqsədilə bütün beynəlxalq öhdəliklərini yerinə yetirir”.

P.Sultanova

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər