Paşinyanın blokunda komissiya sədrliyi uğrunda mübarizə başlayıb
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” blokunda parlament komissiyalarının sədrliyi uğrunda mübarizə başlayıb.
1news.az xəbər verir ki, bu barədə “Jamanak” nəşri yazıb.
Məlumata görə, xüsusilə, nazir portfelini itirən “Vətəndaş razılaşması” partiyasının nümayəndələri sadəcə deputat olmaq istəmirlər, onlar ən azı daimi komissiyalarda sədr vəzifəsini tutmağa çalışırlar. Lakin “Vətəndaş razılaşması” partiyasının yüksək səviyyəli nümayəndələri hesab edirlər ki, əgər bu insanlar nazir statusunda xüsusi fərqlənməyiblərsə, parlamentin işinə də uğursuzluq gətirməyə haqları yoxdur.
P.Sultanova
417