Ermənistan XİN-dən Karasinə cavab | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan XİN-dən Karasinə cavab

16:15 - 19 / 12 / 2018
Ermənistan XİN-dən Karasinə cavab

Ermənistan beynəlxalq münasibətlərini suveren bərabərlik prinsipi əsasında qurur.

1news.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinin açıqlamasını şərh edərkən bildirib.

"Biz bir ölkə ilə digər ölkələrin hesabına və ya başqa ölkələrlə əlaqələrə zərər verməklə qurmuruq. Bu yanaşma gələcəkdə də xarici siyasətimizin əsasını təşkil edəcək”, - deyə Naqdalyan bildirib.

Qeyd edək ki, Karasin müsahibəsində bildirib: “Moskva ümid edir ki, Ermənistanın yeni rəhbərliyi ABŞ-ın şantajına və təzyiqinə müqavimət göstərməyə özündə cəsarət tapacaq”

O xatırladıb ki, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edərkən Ermənistana ABŞ silahını almağı və “müəyyən tarixi standartlar”dan yaxa qurtarmağı məsləhət görüb:

“Ümid edirik ki, parlament seçkilərində lazımi sayda mandat almış yeni Ermənistan rəhbərliyi xarici şantaja və təzyiqə müqavimət göstərməyə cəsarət tapacaq, milli maraqlara əsaslanmaqla müstəqil qərar qəbul etmək hüququnu müdafiə edəcək”.

P.Sultanova

.

 

Paylaş:
475

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər