Dekabrın əvvəlindən 10-a yaxın erməni əsgər xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Ermənistan

Dekabrın əvvəlindən 10-a yaxın erməni əsgər xəstəxanaya yerləşdirilib

11:08 - 19 / 12 / 2018
Dekabrın əvvəlindən 10-a yaxın erməni əsgər xəstəxanaya yerləşdirilib

Dekabrın əvvəlindən etibarən Ermənistan ordusunda yaralanmış və sağlamlıq problemləri olan yeddi əsgər İrəvan hərbi hospitallarına və mülki tibb müəssisələrinə yerləşdirilib.

1news.az xəbər verir ki, bu barədə erməni mətbuatı Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Onlardan biri bədəninin müxtəlif hissələrinin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə, daha biri ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həmçinin, bir hərbçi silah yarası alıb, iki əsgər minaya düşərək xəsarət alıb. 17 və 18 dekabr tarixlərində Müdafiə Nazirliyinin hərbi hospitalına güllə yarası almış daha iki əsgər gətirilib.

P.Sultanova

 

 

 

 

Paylaş:
581

Son xəbərlər

Bütün xəbərlər