Paşinyanın bloku parlametin rəhbər vəzifələrinə namizədləri təsdiqləyib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın bloku parlametin rəhbər vəzifələrinə namizədləri təsdiqləyib

10:27 - 20 / 12 / 2018
Paşinyanın bloku  parlametin rəhbər vəzifələrinə namizədləri təsdiqləyib

"Mənim addımım" bloku Ermənistan parlamentinin spikeri vəzifəsinə Ararat Mirzoyanın namizədliyini irəli sürəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə  müvafiq qərar "Mənim addımım" blokunun iclası zamanı qəbul edilib.

Vitse-spiker vəzifələrinə isə Lena Nazaryanın və Alena Simonyan namizədliyi təsdiqlənib. 

"Baş nazir namizədləri təklif etdi, biz onları müzakirə etdik, suallar verdik və cavablar aldıq, səsvermə keçirərək namizədləri təsdiqlədik", - Simonyan deyib.

Mədəniyyət naziri vəzifəsini icra edən Lilit Makuntsyanın namizədliyi “Mənim addımım” blokunun parlamentdə fraksiya rəhbəri olaraq təsdiqləndi. Fraksiyanın katibi isə Hakob Simidyan təyin olunacaq.

A.Simonyan daimi parlament  komissiyalarının rəhbərləri ilə bağlı məsələnin də müzakirə olunduğunu deyib, amma adları açıqlamayıb. Onun sözlərinə görə, İdarə Heyətinin üzvləri yekdilliklə səs veriblər, yalnız bir nəfər bitərəf qalıb. Hökumətin üzvləri ilə bağlı məsələ isə hələ tam olaraq yekunlaşmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl erməni mətbuatı parlament komissiyalarının sədri vəzifəsinə təyinat məsələsinin Paşinyanın partiyasında ciddi narazılıq yaratdığını yazıb.

P.Sultanova

 

Paylaş:
444

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər