Rusiya Ermənistana satdığı qazın qiymətini əhəmiyyətli dərəcədə artırır
Rusiya baş nazirinin müavini Dmitri Kozak Ermənistanın Nazirlər Kabinetinə, daha dəqiqi erməni həmkarı Tiqran Avinyana məktub göndərib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, məktubda Rusiya qazının sərhəddə 1000 kubmetr üçün 215 dollara başa gələcəyi və bunun müzakirə edilə bilməyəcəyi vurğulanıb.
Məsələ ilə bağlı erməni mətbuatı Avinyanla əlaqə saxlamağa çalışsa da, ofisinin rəhbəri Varaq Siseryan baş nazirin müavininin gün ərzində bir neçə görüşünün olduğunu və suala cavab verə bilməyəcəyini deyib. Amma ofis özü, müəyyən edilmiş prosedur əsasında suala 5 gün ərzində cavab verəcək.
Qeyd edək ki, Ermənistan qazı indi 150 dollardan alır.
P.Sultanova
567