Lukaşenko Belarus təmsilçisinin KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Lukaşenko Belarus təmsilçisinin KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb

15:40 - 21 / 12 / 2018
Lukaşenko Belarus təmsilçisinin KTMT-nin baş katibi təyin edilməsi haqqında qərarı imzalayıb

Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi təyin olunub. 

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının bununla bağlı qərar layihəsini imzalayıb.

Qeyd edək ki, bundan əvvəl KTMT üzvü olan Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan Belarus təmsilçisinin namizədliyinə dəstək vermişdilər. Hətta Prezident Aleksandr Lukaşenko KTMT-nin digər üzvü olan Ermənistanın S.Zasın namizədliyinə qarşı çıxmasına təəccübləndiyini bildirmişdi.

S.Xankişiyeva

 

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər