Koçaryanın tərəfdarları Moskvada mitinq keçirməyə hazırlaşırlar | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın tərəfdarları Moskvada mitinq keçirməyə hazırlaşırlar

10:22 - 21 / 12 / 2018
Koçaryanın tərəfdarları Moskvada mitinq keçirməyə hazırlaşırlar

Ermənistanın Rusiyadakı səfirliyi həbs edilmiş sabiq prezident Robert Koçaryanın tərəfdarlarının Moskvada mitinq keçirmək planları ilə əlaqədar bəyanatla çıxış edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, səfirlik Ermənistan vətəndaşlarını Rusiya qanunvericiliyinin tələblərinə riayət etməyə və Moskvada icazəsiz hərəkətlərdən çəkinməyə çağırıb.

Daha əvvəl mediada məlumatlar var ki, dekabrın 22-də həbs edilmiş keçmiş prezident Robert Koçaryanın tərəfdarları Moskvada Ermənistan səfirliyi qarşısında mitinq keçirmək niyyətindədirlər.

"Son günlərdə sosial şəbəkələrdə 22 dekabr 2018-ci ildə Moskvada səfirliyin qarşısında mitinq keçiriləcəyinə dair məlumatlar yayılıb. Bununla əlaqədar olaraq, xatırladırıq ki, Rusiya qanunlarına əsasən, ictimai tədbirlər (toplantı, mitinq, nümayiş, yürüş və ya piket şəklində hərəkətlər) müəyyən edilmiş qaydada və ictimai asayişin pozulmaması, digər təşkilati şərtlər nəzərə alınaraq həyata keçirilir.

Səfirlik diplomatik missiyanın ərazisindən kənarda baş verən hərəkətlərə görə məsuliyyət daşımır", deyə - İrəvanın Moskvadakı səfirliyi bəyan edib.

Qeyd edək ki, aprelin 7-də Ermənistan Apellyasiya məhkəməsi ikinci prezident Robert Koçaryanın həbsdə saxlanması ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu qərara əsasən, həmin gün axşam Koçaryan həbs edilib.

O, 2008-ci ilin mart ayında ölkədə konstitusiya quruluşunu dəyişməkdə ittiham olunur.

P.Sultanova

Paylaş:
551

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər