Qriqoryanın həbsdən buraxılmasına etirazlar davam edir | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanın həbsdən buraxılmasına etirazlar davam edir

15:21 - 24 / 12 / 2018
Qriqoryanın həbsdən buraxılmasına etirazlar davam edir

Ermənistanda sabiq deputat, müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın  girovluğa buraxılması ilə bağlı dekabrın 21-dən başlayan etiraz aksiyaları davam edir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu gün İrəvanda etiraz aksiyası keçirən Eçmiədzin şəhər sakinlərinə "Hüquqlarını tələb edən vətəndaşlar” təşəbbüs qrupu da qoşulub.

 Aksiya iştirakçıları İrəvan- Eçmiədzin avtomobil yolunu bağlayıblar. Onlar Manvel Qriqoryanın yenidən həbs edilməsini və general rütbəsindən məhrum edilməsini tələb ediblər. Etirazçılar əvvəl Ədliyyə Nazirliyi qarşısında toplaşıblar, sonra Baş Prokurorluğun binasına yürüş ediblər.

Xatırladaq ki, birinci instansiya məhkəməsi 25 milyon dram həcmində girov hesabına Qriqoryan barədə həbs qətimkan tədbirini dəyişdirmək barədə qərar verib.

Manvel Qriqoryan qanunsuz silah saxlamaqda və başqalarının əmlakının mənimsəməkdə ittiham olunur. O, cari ilin iyunun 19-da həbs edilib.

P.Sultanova

 

Paylaş:
570

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər