İrəvanın Respublika meydanında özünü yandıran qadın ölüb
İrəvanın Respublika meydanında özünü yandıran qadın vəfat edib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Radiasiya Tibb Elmi Mərkəzinin yanıq şöbəsinin müdiri Karin Babayan bildirib.
"86 yaşlı qadının bədəninin 25% -i yanmışdı, başqa xəstəliklər də vardır və nəticədə dünən o, öldü", - Babayan deyib.
Xatırladaq ki, hadisə Respublika meydanında dekabrın 20-də axşam saatlarında baş verib. 86 yaşlı Rima Q. bədəninin və tənəffüs yollarının yanığı ilə ilə tibb mərkəzinə aparılıb. Yaşlı qadın bu addımı atmağının səbəbləri barədə danışmaq imkanında olmayıb.
Qadın Kotayk bölgəsində yaşayıb, özünü yandırmaqla intihar edib.
P.Sultanova
618