Suriya və İraq erməniləri də etiraza başlayıb - VİDEO | 1news.az | Xəbərlər
Ermənistan

Suriya və İraq erməniləri də etiraza başlayıb - VİDEO

11:42 - 25 / 12 / 2018
Suriya və İraq erməniləri də etiraza başlayıb - VİDEO

Ermənistanda diaspor nazirliyinin bağlanacağına dair yeni hökumətin planlarına etirazlar davam edir. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Suriya, İraq erməniləri və repatriantlar r(geri dönənlər) Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Onlar diaspora nazirliyinin ləğvinin əleyhinə olduqlarına dair müraciət hazırlayıblar. Həmin müraciət baş nazir vəzifəsini icra edən Nikol Paşinyana təqdim ediləcək.

Xatırladaq ki, Ermənistanda hökumət struktur islahatlarının nəticəsi olaraq nazirliklərin sayını 17-dən 12-yə endirmək niyyətini açıqlayıb.

Təklif edilən dəyişikliklərə görə, diaspor nazirliyi ləğv ediləcək.

P.Sultanova

 

Paylaş:
625

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər