Şarmazanov Ermənistanda 8 ay ərzində baş verən TOP-10 hadisəni açıqlayıb | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov Ermənistanda 8 ay ərzində baş verən TOP-10 hadisəni açıqlayıb

10:22 - 26 / 12 / 2018
Şarmazanov Ermənistanda 8 ay ərzində baş verən TOP-10 hadisəni açıqlayıb

Nikol Paşinyan konstitusiyanın qəbulundan bu yana ilk dəfə olaraq parlament seçkilərinin nəticələri ilə bağlı konstitusiya məhkəməsinə müraciət edilmədiyindən qürur duyur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

O, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda baş vermiş TOP-10 hadisəni açıqlayıb:

"İlk dəfə olaraq, Diaspora nazirliyi bağlanacaq, artıq bizim Mədəniyyət nazirliyimiz olmayacaq;

İlk dəfə olaraq Ermənistan KTMT baş katibi vəzifəsini itirdi; minlərlə vətəndaşımız Yeni ili işsiz statusu ilə qarşılayır;

ilk dəfə olaraq, “DQR”in və Ermənistanın keçmiş “prezidenti” həbs edildi (Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurum);

ilk dəfə olaraq Qarabağ müharibəsi hakimiyyətin ələ keçirilməsindən daha az əhəmiyyət kəsb etdi;

ilk dəfədir ki, real müxalifətsiz bir parlamentə sahibik;

ilk dəfə olaraq müqəddəs Eçmiədzin dəftərxanası ələ keçirildi;

bütün ermənilərin Katolikosuna hücum edildi;

homoseksuallar ilk dəfə olaraq polisə hücum etdi;

ölkə rəhbəri  ilk dəfə öz xalqını qara və ağlılara ayırdı ".

Şarmazanov əlavə edib ki, bütün bunlar yalnız 8 ayda baş verib.

P.Sultanova

 

 

 

Paylaş:
872

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər