Manvel Qriqoryan gizlin ekspertizaya aparılıb | 1news.az | Xəbərlər
Ermənistan

Manvel Qriqoryan gizlin ekspertizaya aparılıb

11:32 - 26 / 12 / 2018
Manvel Qriqoryan gizlin ekspertizaya aparılıb

Ermənistanın müdafiə nazirinin sabiq müavini, keçmiş deputat, general Manvel Qriqoryan növbəti dəfə məhkəmə-tibbi ekspertizasından keçib. Yekun rəyin verilməsi isə bir qədər vaxt tələb edəcək.

1news.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Məlumata görə, generalın həkimləri və yaxınları hər şeyi mümkün qədər səssiz ediblər ki, onun həbsdən azad olunmasına etiraz edənlər mane olmasınlar.

Qriqoryanı müayinə edən həkim Artak Manukyan deyib ki, yekun ekspertiza rəyindən sonra çətin ki, onun barədə məhkəmə qərarı dəyişsin. Həkimin sözlərinə görə, onun şişləri  böyüyüb.

Generalı daha əvvəl müayinə edən onkoloq-həkim  Norbert Avetyan onu Fransaya göndərməyi tövsiyə edir. Ancaq xəstə istintaq altındadır və ölkəni tərk etməsi qadağandır.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Qriqoryanı İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram (təxminən 51,5 min dollar) girov müqabilində azadlığa buraxıb.

Bundan dərhal sonra Eçmiədzində etiraz aksiyaları başlayıb, onun yenidən həbsi tələb olunub. Aksiyalar İrəvanda da davam etdirilib.

Dekabrın 24-də isə Ermənistan Baş Prokurorluğu qərara etiraz edib. Vəkilləri Qriqoryanın ağır xəstə olduğunu bildirirlər.

Qriqoryan deputat toxunulmazlığı ləğv edildikdən sonra həbs edilib. O, qanunsuz silah saxlamaqda, başqasının əmlakını ələ keçirməkdə, hərbçilər üçün nəzərdə tutulmuş ərzağın mənimsənilməsində ittiham olunur.

P.Sultanova

Paylaş:
685

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər