Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı | 1news.az | Xəbərlər
Dünya

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı

16:21 - 27 / 12 / 2018
Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yaxınlığında silsilə partlayışlar baş verib.

1news.az məlumatına görə, paytaxtın xüsusi mühafizə olunan hissəsi hesab edilən və diplomatik missiyaların yerləşdiyi “yaşıl zona”ya bir neçə minaatan mərmisi buraxılıb.

ABŞ səfirliyinin mühafizəçilərinin cavab atəşi açdığı deyilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, hücum ABŞ Prezidenti Donald Trampın İraqa səfəri və orada Amerika hərbçiləri ilə görüşündən sonra baş verib.

1news.az

 

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər