Peskov İrəvanla qaz danışıqları barədə: Vaxt problemimiz var
İrəvan və Moskva qazın qiyməti ilə bağlı danışıqlarını sürətləndirməyi planlaşdırır.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu mövzuya dünən toxunduq, qaz müzakirəsini intensivləşdirmək üçün razılaşdıq, çünki dünənki günə qədər "Qazprom"la erməni həmkarları arasında aktual danışıqların aparılmayıb", - Peskov bildirib.
Danışıqların nə zamana kimi davam etməsnə gəlincə, Peskov deyib ki, bizim vaxt problemimiz var, zaman demək olar ki, bitir.
Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dünən Rusiyaya səfərindən sonra bildirib ki, 2019-cu ildə qazının qiymətində razılıq əldə etməyiblər:
"Qazla bağlı qərar yoxdur. Müzakirələr işçi qaydasında davam etdiriləcək”.
N.Paşinyan dekabrın 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
"İkitərəfli əlaqələr üçün bunun həssas bir mövzu olduğu ifadə edildi. Mən optimistəm və ümid edirəm ki, ümid edirəm ki, istənilən inkişafa nail olacağıq və ya arzuedilməz inkişaf olmayacaq ".
P.Sultanova