Paşinyan: Ermənistan və Rusiya qazın qiyməti barədə razılığa gəlməyib
Ermənistan və Rusiya 2019-cu il üçün Rusiya qazının qiyməti ilə bağlı razılıq əldə etməyiblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
"Qazla bağlı qərar yoxdur. Müzakirələr işçi qaydasında davam etdiriləcək”, - deyə Paşinyan bildirib.
N.Paşinyan dekabrın 27-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
"İkitərəfli əlaqələr üçün bunun həssas bir mövzu olduğu ifadə edildi. Mən optimistəm və ümid edirəm ki, ümid edirəm ki, istənilən inkişafa nail olacağıq və ya arzuedilməz inkişaf olmayacaq ".
P.Sultanova
719