Ermənistanda vergilər artırılıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda vergilər artırılıb

11:53 - 03 / 01 / 2019
 Ermənistanda vergilər artırılıb

2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, yeni ildə spirtli içkilər və siqaretə tətbiq olunan aksiz vergiləri artırılıb. Araq üçün alınan aksiz vergisi 73 faizdən 84 faizə, siqaretlərin hər min ədədi üçün vergi isə 15 dollardan 17,24 dollara qaldırılıb. Bundan başqa, tərkibində yüksək miqdarda şəkər olan içkilərə də 10 faiz həcmində aksiz vergisi tətbiq olunacaq.

Mühərrikinin həcmi 300 at gücündən çox olan avtomobillər üçün vergilər də 3 dəfə artırılıb. Ermənistan hökuməti bunu ekoloji məqsədlə etdiyini açıqlasa da, ekspertlər artımın büdcə kəsirini doldurmaq üçün ediləcəyini bildirirlər. Maliyyə Nazirliyi daşınmaz əmlak üçün vergilərin artırılması istiqamətində iş aparıldığını da bəyan edib.

Ekspertlərin əksəriyyəti bildirib ki, yeni ilin ilk aylarında Ermənistanın yeni hökumətinin seçkiqabağı populist vədlərinin çoxunun real olmadığı məlum olacaq.

1news.az

Paylaş:
548

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər