Karakanda erməniləri qazaxlardan üzr istəyib
Karakanda vilayətinin erməni diasporu Yeni il gecəsində restoranda törətdikləri qətldən sonra üzr istəyiblər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, 1 yanvar gecə saatlarında Karakandadakı restoranların birində gənclər qrupu arasında bıçaqla dava olub. Nəticədə, münaqişə iştirakçılarından biri öldürülüb.
Qətldə yerli erməni diasporunun üç nümayəndəsi şübhəli bilinir.
Polis davada iştirak edən yeddi nəfəri saxlayıb, onlardan beşi- Torq Malxasyan, Sohak Malxasyan daxil olmaqla həbs ediliblər. Narek Qururyan barəsində respublika üzrə axtarış elan edilib.
“Biz, Karakanda vilayətinin erməni diasporu 1 yanvar tarixində gənclər arasında baş verən hadisədən və bir nəfərin həyatını itirməsindən dərindən təəssüf hissi keçiririk. Təəssüf ki, bu hadisədə erməni millətindən olan şəxslər iştirak ediblər", deyə açıqlamada vurğulanıb.
P.Sultanova