Yeni deputatların adları açıqlanıb: Parlament Paşinyan qohumlarından və dostlarından ibarət olacaq | 1news.az | Xəbərlər
Ermənistan

Yeni deputatların adları açıqlanıb: Parlament Paşinyan qohumlarından və dostlarından ibarət olacaq

11:46 - 07 / 01 / 2019
Yeni deputatların adları açıqlanıb: Parlament Paşinyan qohumlarından və dostlarından ibarət olacaq

Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkənin yeni seçilmiş parlamentinin üzvlərinin siyahısını açıqlayıb.

1news.az xəbər verir ki,  yayılmış məlumatlara görə, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" siyasi blokundan Ermənistanın qanunverici orqanına onun xeyli yaxın dostları və qohumları keçib.

Belə ki, Paşinyan blokunun fraksiyanın siyahısında onun həyat yoldaşı Anna Akopyanın qardaşı Qraçya Akopyan, Paşinyanın qardaşı oğlu Sipan Paşinyan, uşaqlıq dostu Vaqe Qalumyan,  həmçinin dostunun oğlu Akop Simidyan və mühafizəçisi Ayk Sarkisyan da var.

Bundan əlavə, Paşinyan blokunun fraksiyasının tərkibinə Ermənistanın dövlət əmlak komitəsinin rəhbərinin həyat yoldaşı Lena Nazaryan, ləğv edilmiş diaspor nazirliyinin sabiq rəhbəri Mxitar Ayrapetyan da  daxildir.

Siyahıda keçmiş hakim partiyanın Paşinyanın tərəfinə keçmiş bir neçə üzvü də var.

Erməni parlamentində oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının qurucusu Qaqik Tsarukyanın mühafizəçisi də təmsil olunacaq.

Qeyd olunub ki, seçilmiş deputatların arasında ölkənin fəal siyasi və ya ictimai həyatında heç vaxt görməmiş, tanınmayan çox saylı şəxslər var.

Ermənistanda növbədənkənar parlamenti seçkiləri ötən il dekabrın 9-da keçirilib.

P.Sultanova

Paylaş:
819

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər