Şarmazanov: Paşinyan hər gün artan narahatlığı məğlubiyyət hesab etmir | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Paşinyan hər gün artan narahatlığı məğlubiyyət hesab etmir

12:17 - 08 / 01 / 2019
Şarmazanov: Paşinyan hər gün artan narahatlığı məğlubiyyət hesab etmir

Bu gün 2019-cu ildə başlayan ilk iş həftəsinə biz  hər gün artan narahatlıqla daxil oluruq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Edvard Şarmazanov bildirib.

O, "hər gün artan narahatlıq"ları təqdim edib:

"1. Çoxsaylı zəruri məhsulların qiymətinin artması.

2.  2018-ci il dövlət büdcəsində defisit və ya azaldılması.

3. Real müxalifətsiz yeni parlament.

4. Ermənistanın KTMT-də mövqeyinin zəifləməsi və baş katib postunun itirilməsi.

5. Paşinyanın vəd etdiyi parlaq Ermənistan-Rusiya münasibətlərinin əvəzinə qazın qiymətlərinin artırılması.

Bu sıranı davam etdirmək olar, amma bir yaxşı xəbər var ... Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bütün bunları bir məğlubiyyət hesab etmir.

Faktiki olaraq bizi belə qələbələr və iqtisadi inqilab gözləyir ... ".

P.Sultanova

Paylaş:
681

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər