Qazax gəncin qətlində şübhəli bilinən erməni Rusiyaya qaçıb | 1news.az | Xəbərlər
Dünya

Qazax gəncin qətlində şübhəli bilinən erməni Rusiyaya qaçıb

10:41 - 09 / 01 / 2019
Qazax gəncin qətlində şübhəli bilinən erməni Rusiyaya qaçıb

Qazaxıstanın Karaqandı şəhərindəki restoranlaın birində Yeni il gecəsi kütləvi dava zamanı bir qazax gəncin qətlə yetirilməsində şübhəli bilinən erməni ölkədən qaçıb.

1news.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, Qururyan soyadlı erməni  davadan sonra Pavlodar bölgəsindən Qazaxıstan-Rusiya sərhədini keçib.

Hazırda Qururyan barəsində dövlətlərarası axtarış elan edilib, Rusiyaya, həmçinin Ermənistana əməliyyat-istintaq qrupu göndərilib.

Qeyd edək ki, münaqişə iştirakçısı olan 14 nəfərin 9-u barəsində məhkəmə həbs qətimkan qərarı verib və onların 8-i müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib, 9-cu Qururyan isə axtarışdadır.

Məlumata görə, şübhəli, yanvarın 1-də axşam saat 22:00-dan sonra Qazaxıstan-Rusiya sərhəddini keçib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib ki, qaçan Qururyan Ermənistan vətəndaşıdır.

P.Sultanova

 

 

Paylaş:
692

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər