Qriqoryandan Eçmiədzini tərk etmək tələb olunur | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryandan Eçmiədzini tərk etmək tələb olunur

11:45 - 10 / 01 / 2019
Qriqoryandan Eçmiədzini tərk etmək tələb olunur

Ermənistanın Eçmiədzin şəhərinin sakinləri müdafiə nazirinin sabiq müavini, general Manvel Qriqoryan əleyhinə etiraz aksiyalarını bərpa etməyi planlaşdırırlar.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, sakinlər Qriqoryana qarşı yeni tələblə çıxış ediblər.

Belə ki, əgər onlar əvvəl Manvel Qriqoryanın girov müqabilində azadlığa buraxılmasına dair məhkəmə qərarına etiraz edirdilərsə, indi generalın yaşayış yerini dəyişdirilməsini və Eçmiədzini tərk etməsini tələb edirlər.

Etiraz aksiyası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Qriqoryanı İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram (təxminən 51,5 min dollar) girov müqabilində azadlığa buraxıb.

Bundan dərhal sonra Eçmiədzində etiraz aksiyaları başlayıb, onun yenidən həbsi tələb olunub. Aksiyalar İrəvanda da davam etdirilib.

Qriqoryan deputat toxunulmazlığı ləğv edildikdən sonra həbs edilib. O, qanunsuz silah saxlamaqda, başqasının əmlakını ələ keçirməkdə, hərbçilər üçün nəzərdə tutulmuş ərzağın mənimsənilməsində ittiham olunur.

P.Sultanova

Paylaş:
471

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər