Paşinyan nazirləri yola saldı
Ermənistanın Diaspor Nazirliyinin ləğvi onun işinə təsir göstərməyəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.
O bildirib ki, baş nazirin müavini Ararat Mirzoyan, vəzifədən gedən nazirlər - Lilit Makunts (mədəniyyət) və Mxitar Ayrapetyanın (diaspor) fəaliyyətlərini parlamentdə davam etdirəcəklərini deyib.
Nazirlərin gedişi ilə onların rəhbərlik etdikləri nazirliklər də bağlanacaq. Diaspor Nazirliyi Xarici İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyi isə Təhsil Nazirliyinə birləşəcək.
Paşinyan bildirib ki, hökumət diaspor sahəsində yeni təkliflər paketi hazırlayıb və yaxın günlərdə ətraflı müzakirə ediləcək.
Qeyd edək ki, Ermənistanın yeni hökumət nazirliklərin sayının 17-dən 12-yə endirməyi planlaşdırır.
P.Sultanova