İngilis polisi nişanlısını girov götürən gənci güllələdi - VİDEO
İngiltərədə bir gənc nişanlısını döyərək evində girov götürüb.
1news.az Ölkə.az-a istinadən bildirir ki, evə daxil olan polis şübhəli şəxsi ürəyindən güllə ilə vuraraq öldürüblər. Hadisə polis kamerası tərəfindən qeydə alınıb.
Hadisə Luton şəhərində baş verib. 24 yaşlı Coş Pitt nişanlısını döydükdən sonra onu evə həbs edib. Pitt qapını bağlayaraq marketə gedib və bu zaman nişanlısı polisə xəbər verib.
Polis evə çatmadan bir neçə dəqiqə əvvəl Coş evə qayıdıb. Polis qapının açılmasını tələb edib. Pitt qapını açmadığı üçün polis damdan evə girib. Gənc adam polisi görən kimi bıçağı nişanlısının boğazına dayayıb: "Vasitəçi istəyirəm. Sonra isə özümü öldürəcəm".
Polis şübhəli şəxsi gözyaşardıcı qaz ilə ələ keçirmək istəyib. Pitt isə əlindəki bıçaqla polisə hücum edib. Bu zaman digər polis atəş açaraq Coşu ürəyindən yaralayıb və 24 yaşlı gənc ölüb.
1news.az