Arutyunyan evindəki axtarış barədə: Yəqin gizlətdiyim ordunu axtarıblar
2008-ci il 1 mart işi üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın evində axtarış aparılıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir Arutyunyan faktı təsdiqləyib və axtarışın ötən ilin sonunda aparıldığını bildirib.
"Görünür, onlar evdə gizlədilmiş ordunu axtarıblar. Amma ordu orada yoxdur. Yəqin ki, mən onu daha yaxşı yerdə gizlətmişəm, buna görə də tapa bilməyiblər”, - deyə axtarışda olan Arutyunyan istehza ilə bildirib.
Məhkəmənin ikinci qərarı və barəsində yenidən qiyabi həbs qətimkan tədbirinin seçilməsinə gəlincə, o vurğulayıb ki, qərar vəkili və özünün iştirakı olmadan qəbul edilib.
P.Sultanova
555