Azərbaycanlı çempion avtomobil qəzasında həlak oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı çempion avtomobil qəzasında həlak oldu

10:49 - 11 / 01 / 2019
Azərbaycanlı çempion avtomobil qəzasında həlak oldu

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib

1news.az-ın Ölkə.Az-a istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib:

 “Bu gün Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi.

Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun”.

S.Xankişiyeva

 

 

Paylaş:
505

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər