Baqratyan: Paşinyan diqqətli olsaydı, qiymət artımının 2,8% təşkil etdiyini görərdi | 1news.az | Xəbərlər
Ermənistan

Baqratyan: Paşinyan diqqətli olsaydı, qiymət artımının 2,8% təşkil etdiyini görərdi

12:28 - 11 / 01 / 2019
Baqratyan: Paşinyan diqqətli olsaydı, qiymət artımının 2,8% təşkil etdiyini görərdi

Ermənistanın sabiq baş naziri, iqtisadçı Qran Baqratyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın 2018-ci ildə qiymət artımının 1,8% təşkil etməsi barədə fikirlərinin doğru olmadığını deyib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Baqratyan qiymət artımının daha yüksək olduğunu vurğulayıb.

“Paşinyan 2018-ci ildə bahalaşmanın 1,8% səviyyəsində olduğunu söyləyib. Bu baxımdan, o, Mərkəzi Bankın və hökumətin işindən razılığını bildirib. Aşağıdakıları qeyd etməyə zərurət var. İlk növbədə, əgər baş nazir diqqətli olsaydı, 2018-ci ildə qiymət artımının 1,8%  deyil, 2,8% (bax https://www.armstat.am/file/doc/99511863.pdf) təşkil etdiyini görərdi.

Söhbət orta illik qiymət artımından gedir, erməni istehlakçılar 2018-ci ildə mal və xidmətlərə görə 2017-ci ildəkindən 2,5% daha çox xərcləyiblər. Eyni zamanda, nə 1.8%, nə də 2.8% -ə görə sevinmək lazım deyil, son illərdə artım təəssüf ki, həmişə aşağı olub.

Bizim araşdırmalar göstərir ki, iqtisadi artımı sürətləndirmək üçün inflyasiya 4.5-6% səviyyəsində olmalıdır. 2018-ci ildə aşağı inflyasiyanın olması zəif iqtisadi artımın səbəblərindən biridir(5-5,5%). Bizə dəyişməz qiymətlərdə qalmaq yox, əhalinin yüksək maaş alması lazımdır”.

P.Sultanova

Paylaş:
495

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər