Şahnazaryan: Ermənistan təcrid olunmuş ölkəyə çevrilib

Ermənistan son aylarda təcrid olunmuş ölkəyə çevrilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu politoloqu Qrant Məlik-Şahnazaryan deyib.
Onun sözlərinə görə, baş vermiş inqilab nəticəsində ölkənin strateji tərəfdaşları və müttəfiqlər ilə əlaqələr pozulub:
"Faktiki olaraq, Avropa İttifaqı ilə münasibətlərdə ciddi irəliləyiş yoxdur, əksinə, belə anlaşılır ki, müqavilənin Avropa Parlamentində ratifikasiyası prosesi dayanıb, Ermənistan isə öz öhdəliklərini yerinə yetirmir, ABŞ ilə heç bir münasibət yoxdur.
Nə var idisə, hamısı artıq pozulub, burada fiyasko təhlükəsindən deyil, reabilitasiya imkanları haqqında danışmalıyıq, amma eyni yanaşmalara yönəlsək, uğur qazanılmayacaq".
Politoloq əlavə edib ki, xarici sahədə hər kəsdə bir gözləmə vəziyyəti var, hamı ölkənin hansı istiqamətdə gedəcəyini başa düşməyə çalışır.
Şahnazaryan hökumətin qarşısında duran bir çox problemi həll edə bilməyəcəyini qeyd edib:
“Real çəkiyə malik ciddi qüvvələr parlamentə düşə bilməyiblər və əsas məsələlərdə bütün parlament kifayət qədər eyni düşüncəlilərdən ibarətdir, onlardan biri özünü müxalifətçi kimi göstərməyə cəhd edir, lakin bu, siyasi hesablaşmalar zamanı problemə çevriləcək.
Bütün parlament qüvvələri bir-biri ilə əməkdaşlıq edən qüvvələrdir və bu halda heç bir real müxalifətdən söhbət belə gedə bilməz. Əgər prosesdə ciddi fikir ayrılıqları yaranarsa, bu, başqa bir məsələ olacaqdır, ancaq müxalifət də ideoloji deyil, proqramlaşdırılmış müxalifət olacaq, belə ki, ideoloji cəhətdən onlar bir-birlərinə çox bənzəyirlər”.
P.Sultanova