İki hakim Koçaryanın işinə baxmaqdan imtina edib
Ermənistan məhkəməsinin hakimi Nelli Baqdasaryanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi işinə baxılmasından imtina etməsinin ardınca, iş üzrə təyin edilmiş yeni hakim David Qriqoryan da geri çəkilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, yanvarın 14-nə təyin edilmiş proses üçüncü hakim Artur Mkrtçyanın sədrliyi ilə keçiriləcək.
Daha əvvəl sabiq prezidentin vəkilləri Koçaryanın girov müqabilində azadlığa çıxmasına dair ümumi yurisdiksiyası məhkəməsinə ərizə təqdim ediblər.
Lakin sabiq prezidentin vəkillərinin şikayətini qəbul edən hakim Nelli Baqdasaryan yanvarın 10-da işə baxmaqdan imtina edib. Eyni zamanda, Xüsusi İstintaq Xidməti Koçaryanın həbsini iki ay müddətinə uzatmaq üçün ərizə verib.
Sabiq prezidentin vəkili Ayk Alumyan bildirib ki, bu geri çəkilmələr qanun pozuntusuna yol vermədən Koçaryanı həbsdə saxlamağın mümkünsüzlüyünü göstəriri və hakimlər də bunu yaxşı başa düşürlər:
"Digər tərəfdən, onlar Koçaryanı azad edə bilməzlər, çünki özününz görürsünüz ki, nə baş verir. İndi ictimai aksiyalar vasitəsilə şantaj etməyə başladılar və məncə, bunu hakimiyyət təşviq edir”.
P.Sultanova