Ermənistan prezidenti BƏƏ-yə gedir | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan prezidenti BƏƏ-yə gedir

10:47 - 14 / 01 / 2019
Ermənistan prezidenti BƏƏ-yə gedir

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  o, paytaxt Abu Dabidə keçiriləcək "Abu Dabi Davamlılıq Həftəsi" (Abu Dhabi Sustainability Week) forumunda iştirak edəcək.

Səfər çərçivəsində, Sarkisyan BƏƏ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşəcək və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.

Sarkisyan forumda iclaslardan birinin əsas məruzəçisi olacaq.

Beynəlxalq tədbirdə 4000 nümayəndənin  iştirakı gözlənilir. Onların arasında  dövlət və hökumət başçıları, diplomatlar, siyasi və ictimai xadimlər, dünyanın müxtəlif yerlərindən olan böyük sahibkarlar var.

Bu ilki forumda iqtisadi artımın stimullaşdırılmasında,  davamlı inkişafın və rifahın artmasında  rəqəmsal və innovativ texnologiyaların rolu müzakirə ediləcək.

P.Sultanova



Paylaş:
653

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər