Ermənistan parlamentinin ilk iclasını Həsənov açıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin ilk iclasını Həsənov açıb

11:30 - 14 / 01 / 2019
Ermənistan parlamentinin ilk iclasını Həsənov açıb

Ermənistan parlamentinin yeni tərkibdə birinci sessiyası başlayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  ölkə konstitusiyasına uyğun olaraq  yeni tərkibdə parlamentin ilk iclasını spiker seçilənə qədər ən yaşlı deputat aparır.

Bu deputat kürd icmasının nümayəndəsi 74 yaşlı Knyaz Həsənovdur.

Parlamentin iclasının gündəliyinə 7 məsələ daxildir: Hesablama komissiyasının yaradılması, parlamentin spikerinin seçilməsi, üç vitse-spikerin seçilməsi, daimi komitələrin yaradılması, onların sədrlərinin seçilməsi, hökumət proqramının təsdiq edilməsi.

Qeyd edək ki, yeni parlamentdə 132 deputat və 3 fraksiya var. "Mənim addımım " blokunun fraksiyası 88 mandata, "Çiçəklənən Ermənistan" partiyası 26, "Parlaq Ermənistan" partiyası 18 mandata malikdir.

Ermənistanda erkən seçkilər ötən il dekabrın 9-da keçirilib.

P.Sultanova

Paylaş:
753

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər