Nikol Paşinyan baş nazir vəzifəsinə təsdiqlənib | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan baş nazir vəzifəsinə təsdiqlənib

12:54 - 14 / 01 / 2019
Nikol Paşinyan baş nazir vəzifəsinə təsdiqlənib

Nikol Paşinyan yenidən Ermənistanın baş naziri olub.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  prezident Armen Sarkisyan bununla bağlı fərman imzalayıb.

"Ermənistan konstitusiyasının 149-cu maddəsinin 1-ci bəndini əsas götürərək, Nikol Paşinyanı Ermənistanın baş naziri təyin edilsin", - prezidentin fərmanında deyilir.

Qeyd edək ki, bu gün ötən il dekabrın 9-da keçirilmiş erkən seçkilərdən sonra Ermənistan parlamentin ilk iclası keçirilib.

Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

P.Sultanova

 

 

Paylaş:
827

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər