Qriqoryanın əleyhdarları Paşinyana ultimatum verib
Sabiq millət vəkili, general Manvel Qriqoryanın həbsini tələb edən etirazçılar baş nazir Nikol Paşinyanla görüşməyi tələb edirlər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından biri olan Civan Abrahamyan bildirib.
"Biz Nikol Paşinyandan başqa heç bir hakimiyyət nümayəndəsi ilə görüşmək istəmirik. Cənab Paşinyan, elə edin ki, üç gün ərzində qrupumuz sizinlə görüşsün. Bizim sizə söyləmək istədiklərimiz var ", - deyən Abrahamyan, itaətsizliyə çağırıb.
O, həmçinin bildirib ki, aksiya iştirakçılarının yolu bağlayacağı istisna deyil.
Xatırladaq ki, etirazçılar Manvel Qriqoryanın həbsini tələb edirlər.
P.Sultanova
476