Babayan: Mühafizəçi olduğuma görə utanmıram | 1news.az | Xəbərlər
Ermənistan

Babayan: Mühafizəçi olduğuma görə utanmıram

10:51 - 15 / 01 / 2019
Babayan: Mühafizəçi olduğuma görə utanmıram

Mən buraya işləməyə gəlmişəm və siz məni yalnız işimə görə mühakimə edə bilərsiniz.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə "Çiçəklənən Ermənistan" partiyasından olan millət vəkili, sabiq mühafizəçi Eduard Babayan deyib.

Özünü hansı parlament komissiyasında görməsinə gəlincə, Babayan müdafiə sahəsini qeyd edib.

“Mühafizəçilikdən millət vəkilliyinə” ifadəsinə necə yanaşmasına dair sualı cavablandıran Babyan deyib:

"Mən mühafiçəi olmaqdan, mühafizə rəisi olmaqdan utanmıram. Əgər 7 min nəfər mənə etimad ifadə edibsə, mühafiçəçi olmağımı nə məna daşıyır? Axı məni bura insanlar gətirib".

P.Sultanova

Paylaş:
1604

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər