Aktyor ərəb fanatının verdiyi 500 minlik hədiyyəni geri qaytardı | 1news.az | Xəbərlər
Dünya

Aktyor ərəb fanatının verdiyi 500 minlik hədiyyəni geri qaytardı

13:42 - 16 / 01 / 2019
Aktyor ərəb fanatının verdiyi 500 minlik hədiyyəni geri qaytardı

Türkiyənin məşhur aktyoru Saruhan Hünelə ərəb pərəstişkarı bahalı hədiyyə verib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, serial ulduzunun ad günündə xanım fanatı tərəfindən ona bahalı saat verilib.

Hünel isə 500 min TL dəyərində aksessuarı geri qaytarıb, bahalı hədiyyəni qəbul etməyib.

Yayılan xəbərdən sonra  İstanbulda görüntülənən aktyor mövzu barədə susqunluğunu qoruyub. O, KİV nümayəndələrinin saatla bağlı sualına "Diqqətiniz üçün təşəkkür edirəm, amma mən getməliyəm, başqa vaxt danışarıq" deyərək cavabsız qoyub.

1news.az

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər