Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapılıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapılıb

15:30 - 17 / 01 / 2019
Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Ermənistan müəssisələrindən birinin Rusiyaya tədarük etdiyi balıqda arsen (siçan zəhəri) aşkar edib.

1news.az xəbər verir ki, bununla əlaqədar “Avaq Kazaryan” müəssisəsinin məhsulları barəsində gücləndirilmiş laborator nəzarət rejimi tətbiq edilib.

Qeyd olunur ki, balıq məhsullarında arsen ötən ay aşkar edilib.

Daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Braziliyadan məhsul idxalına məhdudiyyət tətbiq etmişdi.

1news.az

Paylaş:
825

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər