İskəndəryan: Paşinyan ilk səfərlərindən birini İrana etməlidir | 1news.az | Xəbərlər
Ermənistan

İskəndəryan: Paşinyan ilk səfərlərindən birini İrana etməlidir

12:00 - 17 / 01 / 2019
İskəndəryan: Paşinyan ilk səfərlərindən birini İrana etməlidir

Ermənistanın baş naziri Nikol Paşinyan özünün ilk xarici səfərlərindən birini İrana etməlidir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu İran üzrə ekspert Qoar İskəndəryan deyib.

Onun sözlərinə görə, Ermənistandakı siyasi dəyişikliklərindən ötən 8 ay ərzində İran və Ermənistan liderləri arasında heç bir ciddi səfərlərin və müzakirələrin olmaması qəribədir: 

"Ermənistanda hakimiyyətin tam formalaşmasından sonra sözlərdən əməllərə keçmək lazımdır, xüsusilə Nikol Paşinyan dafələrlə Ermənistan-İran münasibətlərinə əhəmiyyət verdiyini bəyan edib.

Prezident Həsən Ruhaninin dəvətini qəbul edib, İranla əməkdaşlığın geniş sahələrini əhatə edən danışıqlara başlamaq çox vacibdir".

P.Sultanova



Paylaş:
562

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər