Ayvazyan: : Ermənistandan Rusiya hərbi bazasının çıxarılması yolverilməzdir
Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması barədə danışmaq yolverilməzdir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə politoloq Armen Ayvazyan deyib.
Onun sözlərinə görə, həll olunmamış Qarabağ münaqişəsi şəraitində ölkədə sülhün qorunması yalnız Rusiya ilə ittifaqla əldə edilə bilər.
"Əgər söhbət bizim Rusiya ilə sıx əlaqələr qurduğumuzda suverenliyimizi itirməyimizdən gedirsə, onda başa düşmək lazımdır ki, hər hansı müttəfiqlik münasibətləri qarşılıqlı öhdəlikləri nəzərdə tutur.
Burada Rusiya hərbi bazasının mövcudluğu İrəvan və Moskvanın qarşılıqlı maraqlarına əsaslanır. Rusiya ilə münasibətlərdə bir sıra çətinliklər yaranması narahatlıq doğurur. Hesab edirəm ki, Moskva ilə xüsusilə də təcrübə mübadiləsi, hərbi-texniki sahədə əməkdaşlığımızı daha da gücləndirməliyik”, ekspert əlavə edib.
P.Sultanova