Ermənistanın daha bir sabiq nazirinə ittiham elan olunub | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın daha bir sabiq nazirinə ittiham elan olunub

10:12 - 18 / 01 / 2019
Ermənistanın daha bir sabiq nazirinə ittiham elan olunub

Ermənistanın keçmiş ekologiyanı müdafiə naziri Aram Arutyunyana qarşı cinayət işi qaldırılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, sabiq nazir böyük miqdarda rüşvət alma və çirkli pulların yuyulmasında ittiham olunur.

Məlumatda deyilir ki, Ermənistanın istintaq komitəsinin kifayət qədər sübutları əsasında Arutyunyana ittiham elan olunub. Belə ki, o, özünə yaxın adamların vasitəçiliyi ilə böyük  miqdarda rüşvət alıb, daha sonra qanunsuz yolla əldə edilmiş əmlakı qanuniləşdirib.

İttihama görə, Arutyunyan 2007-ci ildən təbiətin müdafiəsi naziri vəzifəsində, eyni zamanda mineral ehtiyatların kəşfiyyatı və istifadəsi üzrə lisenziyalaşdırma üzrə komissiyanın sədri olarkən sahibkar Silve Ambartsumyana 10 xüsusi lisenziya verib və 14 milyon dollar məbləğində rüşvət alıb.

Arutyunyan bu vəsaitləri İsveçrədəki bank hesablarına köçürüb. Keçmiş nazir axtarışa verilib və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı İrəvanın ümumi yurisdiksiyası məhkəməsinə təqdimat verilib.

P.Sultanova

 

Paylaş:
756

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər