Arvad ona telefon kodunu verməyən ərini yandırdı - FOTO
Arvad ona telefonunun kodunu verməyən həyat yoldaşını diri-diri yandırıb.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, hadisə Malay Malay arxipelaqına daxil olan Lombokda baş verib.
Dedi Purnama adlı zərərçəkən evdə təmir işləri aparan zaman İlham Cahyani adlı xanımı ondan telefonunun kodunu istəyib. Purnama parolu demədiyinə görə cütlük mübahisə etməyə başlayıb.
Çardaqdan düşən ər həyat yoldaşına şillə vurub. Bundan qəzəblənən qadın ərinin üstünə benzin töküb, alışqanla onu yandırıb.
Purnama təcili xəstəxanaya çatdırılıb. O, xilas edilsə də, dərisi xeyli yanıb.
1news.az
660