Qriqoryan yenidən həbs olunacaq | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryan yenidən həbs olunacaq

15:05 - 22 / 01 / 2019
Qriqoryan yenidən həbs olunacaq

Ermənistan parlamentinin sabiq üzvü, general Manvel Qriqoryan yenidən həbs olunacaq.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Apellyasiya Məhkəməsi bu gün prokurorluğun girov qəbulunun yolverilməz olmasına dair ərizəsini qəbul edib.

Prokuror Vaahn Muradyanın sözlərinə görə, Qriqoryan yanvarın 22-də, yəni bu gün həbs  həbs olunacaq.

Xatırladaq ki, Qriqoryan 2018-ci il dekabrın 21-də 25 milyon dram (51,5 min dollardan çox) girov müqabilində azadlığa buraxılıb.

Ermənistan Baş Prokurorluğu, birinci instansiya məhkəməsinin qərarına etiraz edib.

Qriqoryan 2018-ci ilin iyun ayında qanunsuz silah saxlamaqda və hərbiçilər üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham olunur.

P.Sultanova

 

Paylaş:
545

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər