Paşinyan yenidən Moskvaya gedir
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Moskvaya səfər edəcək.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan rəhbərlik etdiyi nümayəndə heyəti ilə 24-25 yanvar tarixlərində Moskvada olacaq.
Nümayəndə heyəti Davosdakı Dünya İqtisadi Forumunda iştirakından sonra Rusiyaya gələcək.
Paşinyanın rəhbərlik edəcəyi heyətə baş nazirin müavini Mqer Qriqoryan, baş müşaviri Arsen Qasparyan, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan daxil olacaq.
Moskvada Paşinyan Avrasiya İqtisadi Komissiyasının qərargahında çıxış edəcək. Konfrans Ermənistanın rotasiya qaydasında Avrasiya İqtisadi İttifaqında sədrliyi qəbul etməsi münasibətilə keçiriləcək.
Ermənistanın baş naziri sonuncu dəfə ötən il 27 dekabrda Moskvada işgüzar səfərdə olub.
P.Sultanova