Qriqoryan həbs edildi - VİDEO
Ermənistanın sabiq deputatı, “Yerkrap” könüllülər birliyinin sədri Manvel Qriqoryan "İrəvan-Kentron" istintaq təcridxanasına yerləşdirilib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, o, dünən axşam saatlarında təcridxanaya aparılıb.
Xatırladaq ki, yanvarın 22-də Apellyasiya Məhkəməsi Baş Prokurorluğun ərizəsi əsasında 25 milyon dram (51,5 min dollardan çox) girov müqabilində azadlığa çıxan Qriqoryan barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Onun barəsində birinci həbs qətimkan tədbiri barədə qərar iyunun 19-da çıxarılıb.
Qriqoryan 2018-ci ilin iyun ayında qanunsuz silah saxlamaqda və hərbiçilər üçün nəzərdə tutulan ərzağı mənimsəməkdə ittiham olunur.
P.Sultanova
617