Quterreş Venesueladakı siyasi qüvvələrə çağırış edib | 1news.az | Xəbərlər
Dünya

Quterreş Venesueladakı siyasi qüvvələrə çağırış edib

13:46 - 24 / 01 / 2019
Quterreş Venesueladakı siyasi qüvvələrə çağırış edib

BMT-nin Baş katibi Antoniu Quterreş Venesuelada siyasi qvvələri dialoqa çağırıb.

1news.az xəbər verir ki, A.Quterreş bu çağırışı Davosda Dünya İqtisadi Forumunda edib.

O, dialoqun mümkünlüyünə inandığını bildirib:

“Bu, ölkə əhalisi və region üçün faciəyə çevriləcək münaqişənin qarşısının alınması üçün vacibdir”.

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ Prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

1news.az

 

 

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər