Ermənistanın sabiq baş naziri istintaqa çağırılıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın sabiq baş naziri istintaqa çağırılıb

11:12 - 24 / 01 / 2019
Ermənistanın sabiq baş naziri istintaqa çağırılıb

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan İstintaq komitəsinə çağırılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Abramyan meşə fondu torpaqlarının özəlləşdirilməsi zamanı aşkar edilmiş korrupsiya faktına dair cinayət işi üzrə izahat verməsi üçün istintaqa çağırılıb.

 Bu iş çərçivəsində "Armles" şirkətinin direktoru Martun Matevosyan da izahat verəcək.

Komitədən bildirilib ki, meşə fondu ərazisindən 50 hektardan artıq torpaq sahəsinin özəlləşdirilməsi zamanı öz vəzifəsindən sui-istifadə edən şəxslərə qarşı başlanan cinayət işi xüsusi istintaq xidmətinin müstəntiqi tərəfindən qəbul edilib.

İşlə bağlı əlavə məlumat verilməyib.

P.Sultanova

Paylaş:
478

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər